“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Belə ki, gənc yarımmüdafiəçilər Anar Panayev və Abbas Ağazadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

1999-cu il təvəllüdlü Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidi. “Anji”nin yetirməsi olan Panayev isə 2000-ci il təvəllüddü.

Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest