AFFA-da uşaq və yeniyetmə futbolçuların hərtərəfli inkişafında təhsilin rolunun gücləndirilməsi, onların idman fəaliyyəti ilə akademik inkişafı arasında balansın qorunması və gələcək karyera imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.
AFFA-da uşaq və yeniyetmə futbolçuların hərtərəfli inkişafında təhsilin rolunun gücləndirilməsi, onların idman fəaliyyəti ilə akademik inkişafı arasında balansın qorunması və gələcək karyera imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.
Matc.az xəbər verir ki, görüşdə AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova-Rzazadə, AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, təhsil üzrə ekspert Nigar Nəsrullayeva, Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə iştirak ediblər.
Müzakirələr zamanı uşaq və yeniyetmə futbolçuların məktəb davamiyyətinin mütəmadi izlənilməsi, akademik nailiyyətlərinin qorunması, idman və təhsil fəaliyyətləri arasında sağlam balansın təmin olunması, eləcə də valideynlər və ümumtəhsil müəssisələri ilə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, futbol akademiyalarında təhsil prosesinin daha səmərəli təşkili, gənc futbolçuların şəxsi inkişafının dəstəklənməsi və onların gələcək peşə seçimlərinə hazırlığının gücləndirilməsi ilə bağlı müxtəlif mexanizmlər müzakirə edilib.
Görüş çərçivəsində bu sahədə vahid yanaşmanın formalaşdırılması, təhsil müəssisələri və akademiyalar arasında təcrübə mübadiləsinin təşviqi və müvafiq tərəflərlə birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
AFFA tərəfindən sözügedən istiqamətdə görüşlərin davam etdirilməsi, futbol akademiyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və uşaq futbolçuların həm idman, həm də təhsil sahəsində uğurlarının dəstəklənməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.













