"Transfermarkt" portalı 2026-cı il dünya çempionatından sonra futbolçuların bazar dəyərini yeniləyərək turnirin nəticələrinə əsasən qiyməti ən çox bahalaşan oyunçuları müəyyənləşdirib.

Matc.az xəbər verir ki, qiyməti hamıdan çox artan oyunçu İngiltərə milli komandasının və "Mançester Siti"nin yarımmüdafiəçisi Elliot Anderson olub.

Futbolçunun dəyəri 35 milyon avro yüksəlib.

2026-cı il dünya çempionatının yekunlarına görə qiyməti ən çox bahalaşan 12 futbolçunun tam siyahısı aşağıdakı kimidir:

1. Elliot Anderson (İngiltərə) – 110 milyon avro (+ 35 milyon avro).
2. Cud Bellingem (İngiltərə) – 160 milyon avro (+ 30 milyon avro).
3. Əyyub Buaddi (Mərakeş) – 80 milyon avro (+ 30 milyon avro).
4. Erlinq Holand (Norveç) – 220 milyon avro (+ 20 milyon avro).
5. Lamin Yamal (İspaniya) – 220 milyon avro (+ 20 milyon avro).
6. Kilian Mbappe (Fransa) – 200 milyon avro (+ 20 milyon avro).
7. Maykl Olise (Fransa) – 170 milyon avro (+ 20 milyon avro).
8. Xulian Alvares (Argentina) – 120 milyon avro (+ 20 milyon avro).
9. Morgan Rocers (İngiltərə) – 110 milyon avro (+ 20 milyon avro).
10. Pau Kubarsi (İspaniya) – 100 milyon avro (+ 20 milyon avro).
11. Bredli Barkola (Fransa) – 90 milyon avro (+ 20 milyon avro).
12. Qonsalu Ramuş (Portuqaliya) – 50 milyon avro (+ 20 milyon avro).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest