Argentina prezidenti Xavyer Miley futbol yığmasının 2026-cı il dünya çempionatında gümüş medal qazanmasından sonra ölkədə elan edilən milli istirahət gününü ləğv etmək qərarına gəldiklərini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Perfil" nəşri məlumat yayıb.
Bildirilir ki, Xavyer Miley "Futbolçulara altı fərqli bayram qeyd etməsi variantı təklif olundu. Finaldakı məğlubiyyətin gətirdiyi məyusluq səbəbindən onlar heç bir tədbir keçirməmək qərarına gəldilər. Onların qəbul etdiyi qərara hörmətlə yanaşmaq lazımdır. Məqsədə bir addım qalmış ona nail ola bilmədiyini anlamaq çox ağırdır. Bu, olduqca ağrılı bir vəziyyətdir. Lakin bir komandanın 4 dünya çempionatında 3 dəfə finala yüksəlməsini, onlardan birini qazanmasını və digərlərində də qalib gəlmək şansının olmasını adi və ya normal bir şey hesab etmək olmaz. Bu, böyük bir nailiyyətdir" sözlərini ifadə edib.
Daha əvvəl istirahət gününün tarixini birbaşa "ağ-göylər"in oyunçularının və məşqçilərinin seçməli olduğu barədə məlumatlar yayılsa da, onların xahişi ilə ilkin qərar ləğv edilib.
Qeyd edək ki, Miley uğursuzluq gətirə biləcəyi qorxusu və xurafat səbəbindən dünya çempionatının final oyununu stadiondan izləməyə getməyib. Argentina prezidentləri komandalarına bədbəxtlik gətirməmək üçün uzun müddətdir ki, dünya çempionatlarının həlledici matçlarını yerində izləməkdən ehtiyat edirlər.
Lionel Skaloninin rəhbərlik etdiyi komanda finalda İspaniyaya əsas vaxtda qalib gəlmək imkanı verməsə də, rəqib fərqlənməyi bacarıb. Yalnız 106-cı dəqiqədə Ferran Torresin vurduğu qol "Qırmızı Furiya"ya qələbə və kubok qazandırıb (1:0). Bununla da Argentina futbolçuları 2022-ci ildə qazandıqları çempionluq titulunu qoruya bilməyiblər.













