22 İyul 2026, 16:38
FUTBOL
Freddi Varqas artıq rəsmən "Neftçi" PFK-nın üzvüdür. Anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu 2+1 il ərzində komandanın formasını geyinəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü.
27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol və 8 məhsuldar ötürmə müəllifi olub.












