Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına görə 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, geridə qalan turnirdə Messi 8 matç keçirib, bu oyunlarda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qayıb. Argentinalılar finalda ispanlara əlavə vaxtda 0:1 hesabı ilə uduzaraq gümüş medalları qazanıblar.

Federasiyanın bəyanatında "Komissiya bu qərarı tamamilə statistik məlumatlara əsaslanaraq qəbul edib. Lionel Messi rəylərə və ya nüfuzuna görə deyil, məlumatların təkzibolunmaz üstünlüyünə əsasən IFFHS versiyası üzrə ən yaxşı oyunçudur" sözləri ifadə edilib.

Messinin 39 yaşı var və o, karyerasında altıncı dünya çempionatında çıxış edib. Dünya birinciliyi gedişində hücumçu turnirin bombardirlik və assistentlik rekordlarını təzələyib. Onun aktivində 21 qol və 11 məhsuldar ötürmə var. Lakin dünya çempionatları tarixinin ən məhsuldar oyunçuları siyahısında onu fransalı forvard Kilian Mbappe (22) qabaqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest