"Növbəti mərhələyə vəsiqə qazanmağı hədəfləyirik".

"Zirə"nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıtda "Payde" (Estoniya) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, cavab oyununda qalib gəlmək istədilərini deyib:

"İlk oyunda biz üstün idik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Cavab görüşünə də ciddi hazırlaşmışıq. Növbəti mərhələyə vəsiqə qazanmağı hədəfləyirik".

Xatırladaq ki, Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Payde" görüşü iyulun 29-u saat 20:00-da başlayacaq. Komandalar arasında Estoniyada baş tutan ilk matçda rəqib 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest