"Milan"ın və Portuqaliya millisinin vinqeri Rafael Leau karyerasını "Qalatasaray"da davam etdirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Daniele Lonqo məlumat yayıb.
Bildirilir ki, uzun müddət "Fənərbaxça" Leaunun keçidində əsas namizəd hesab olunurdu. Lakin portuqaliyalı futbolçu ildə 10+2 milyon avro məbləğində maaş tələb edirdi ki, "Fənərbaxça" oyunçunun bu cür maliyyə istəklərini qarşılamağa hazır deyildi.
Məhz buna görə də Leau uğrunda mübarizədə portuqaliyalı ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdıran "Qalatasaray" önə keçib. Maliyyə tərəfindən başqa, "Qalatasaray"ın xeyrinə olan digər arqument isə bu klubun növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin etməsi olub, "Fənərbaxça" isə hələ təsnifat mərhələsini keçməlidir.
Xatırladaq ki, portuqaliyalı futbolçu 2019-cu ilin avqust ayından "Milan"da çıxış edir. Transfer olunduğu vaxtdan bəri Leau İtaliya klubunun heyətində 291 matça çıxıb, 80 qol vurub və 65 məhsuldar ötürmə edib. O, "Milan"ın heyətində İtaliya çempionu (2021/22) və ölkə Superkubokunun (2024/25) qalibi olub.













