30 İyul 2026, 22:23
FUTBOL
"Amma bu, futboldur, hər hücum qol olmur."
Çox ağır oyun oldu. Avropada hər mərhələni adlamaq böyük uğurdur.
Matc.az xəbər verir ki, bu sözləri Estoniyanın "Payde" komandasının baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Meydanda sonadək mübarizə apardıq və komanda olaraq birlik nümayiş etdirdik. Qapıçımız və müdafiəçilərimiz çox yaxşı çıxış etdilər. "Zirə"nin çoxlu qol imkanı var idi. Amma bu, futboldur, hər hücum qol olmur", – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.













