"Liverpul"un sabiq baş məşqçisi Arne Slot Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun marağına baxmayaraq, karyerasını Avropanın aparıcı çempionatlarından birində davam etdirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.
Bildirilir ki, 47 yaşlı mütəxəssis Ciddə təmsilçisində Mattias Yayssleni əvəzləmək üçün əsas namizəddir, lakin Slot özü Avropa futboluna qayıtmaq variantına üstünlük verir.
"Liverpul"dan ayrıldıqdan sonra İngiltərə, Almaniya və İtaliya klubları onunla yaxından maraqlanıblar. Həmçinin təcrübəli mütəxəssisin adı Niderland milli komandasının baş məşqçisi postuna mümkün namizədlər arasında çəkilirdi.
Slot iki mövsümlük fəaliyyətdən sonra bu ilin may ayında "Liverpul"u tərk edib. O, Yurgen Kloppun gedişindən sonrakı ilk mövsümündə komandanı Premyer Liqanın çempionluğuna daşımışdı.













