Almaniyanın "Leypsiq" klubunun və Fil Dişi Sahili millisinin vingeri Yan Diomande Madrid "Real"ının oyunçusu olub.
Matc.az xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 7 illik - 2033-cü ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 125 milyon avro və əlavə 15 milyon avro mümkün bonuslardan gedir.
Beləliklə, bu bonusların hətta bir hissəsi aktivləşərsə, Diomande "Real"ın tarixindəki ən baha başa gələn transfer olacaq. Hazırda bu status 125 milyon avro qarşılığında transfer edilən ingiltərəli yarımmüdafiəçi Cud Bellinqemə məxsusdur.
Qeyd edək ki, Diomande "Leypsiq"ə ötən il "Leganes"dən keçib. O, həmin vaxtdan bəri Almaniya klubunun heyətində 36 matça çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. 19 yaşlı vingerin aktivində Fil Dişi Sahili millisində keçirdiyi 14 oyunda vurduğu 3 qol da var.





_1786037777.jpg)







