06 Avqust 2026, 17:10
FUTBOL
Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahla müqavilə imzaladığını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Salahla 2 illik razılıq əldə olunub.
34 yaşlı misirli hücumçunun son klubu bu yay azad agent kimi ayrıldığı İngiltərənin "Liverpul" komandası olub. O, Mersisayd təmsilçisinin heyətində ikiqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının, klublararası dünya çempionatının, UEFA Superkubokunun, həmçinin İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və ölkə Superkubokunun qalibi adını qazanıb.

_1786037777.jpg)











