Niderlandlı müdafiəçi Coel Veltman "Vest Hem"in oyunçusu olub.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb. Sözləşmə 1+1 sxemi ilə, yəni 1 illik əməkdaşlıq və daha 1 il uzadılma variantı ilə imzalanıb. Futbolçu komandada 37 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Veltman karyerası ərzində yalnız iki klubda – "Ayaks" və "Brayton"da çıxış edib. Müdafiəçi ümumilikdə 450-dən çox matçda, o cümlədən avrokuboklarda 50, İngiltərə Premyer Liqasında isə 165 oyunda meydana çıxıb.
Bundan başqa, 34 yaşlı futbolçunun aktivində milli komandada 28 qarşılaşma var. O, yığmanın 2014-cü ildə keçirilən dünya çempionatına vəsiqə qazanmasına kömək edib və AVRO-2020-də iştirak edib.

_1786037777.jpg)











