Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Martin Onil xəstəxanaya yerləşdirilib və yüngül cərrahiyyə əməliyyatı keçirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Martin Onilin xəstəxanada kiçik bir əməliyyat keçirib. Onun yaxın bir-iki gün ərzində evə buraxılacağını gözləyirik", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Onil cari ilin iyun ayında komandanın sükanı arxasına keçib. Bu, Şimali İrlandiyadan olan mütəxəssisin sözügedən klubdakı üçüncü fəaliyyət dövrüdür. O, ilk dəfə 2000-ci ildə "Seltik"in baş məşqçisi olub və 5 il ərzində komandanı 2003-cü ildə UEFA Kubokunun finalına yüksəldib.
Mütəxəssis ötən ilin oktyabrında Şotlandiya kollektivinə qayıdaraq dekabr ayına qədər baş məşqçi vəzifəsini icra edib, daha sonra isə klub rəhbərliyi Vilfrid Nansini təyin edib. Ötən mövsüm "Seltik" ölkə çempionatının və Şotlandiya Kubokunun qalibi olub.

_1786037777.jpg)











