"Mançester Yunayted"in niderlandlı hücumçusu Coşua Zirkze Turin "Yuventus"una keçməyə razılıq verib.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, daha əvvəl Turin klubunun Zirkze ilə maraqlandığı barədə xəbərlər yayılsa da, artıq hücumçu özü də A Seriyasına qayıtmağa razılıq verib.

İndi bu keçid klubların transfer şərtləri barədə razılığa gəlib-gəlməyəcəyindən asılıdır. "Mançester Yunayted" futbolçunun birdəfəlik transferini və ya məcburi satınalma şərti ilə icarəyə verilməsini istəyir.

"Yuventus"un idman direktoru Frederik Massara isə danışıqların bütün tərəfləri ilə daimi təmasdadır.

Qeyd edək ki, Zirkze daha əvvəl A Seriyasında "Parma" və "Bolonya" klublarının heyətində çıxış edib. 25 yaşlı niderlandlı futbolçu məhz "Bolonya"dan 42,5 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest