PSJ "Monpelye"nin 16 yaşlı hücumçusu Lasina Meqnan-Paveni heyətinə qatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Paris klubu gənc futbolçu ilə 5 illik müqavilənin şərtlərini artıq razılaşdırıb. İndi PSJ oyunçunun keçidi ilə bağlı "Monpelye" ilə birdəfəlik razılığa gəlməlidir.

Meqnan-Pave gənclər səviyyəsində uğurlu 2025/2026 mövsümü keçirib. O, "Monpelye"nin U-17 və U-19 komandalarının heyətində ümumilikdə 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

.Həmçinin Meqnan-Pave Fransa U-16 millisinə də çağırılır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest