Londonun "Çelsi" klubu "Los-Anceles Qalaksi"nin 16 yaşlı yarımmüdafiəçisi Visente Qarsiya üçün 3 milyon avro xərcləməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, London klubu gənc istedadla transferi tamamlamağa yaxındır. Tərəflər artıq keçidin əsas şərtlərini razılaşdırıblar.

Qarsiya 18 yaşı tamam olduqdan sonra, 2028-ci ilin yayında "Çelsi"yə qoşulacaq. Transfer məbləği mümkün performans bonusları nəzərə alınmadan təxminən 3 milyon avro təşkil edəcək.

Visente Qarsiya 2025-ci ilin yanvarında, 14 yaş 198 günlüyündə "Los-Anceles Qalaksi" ilə ilk peşəkar müqaviləsini imzalayıb. Bununla o, MLS tarixində əsas komanda ilə müqavilə imzalayan beşinci ən gənc futbolçu olub.

Həm ABŞ, həm də Meksika vətəndaşlığı olan yarımmüdafiəçi artıq hər iki ölkənin gənclər millisində çıxış edib. O, 2026-cı ilin avqustunda MLS-də "Dallas"la oyunda ilk dəfə "Los-Anceles Qalaksi"nin əsas komandasının iştirak ərizəsinə daxil edilib. Cari mövsümdə yarımmüdafiəçi "Los-Anceles Qalaksi"nin farm-klubu olan "Ventura Kaunti"nin heyətində çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest