London "Arsenal"ının baş məşqçisi Mikel Arteta klubda qalmaq istədiyini və yeni müqavilənin imzalanmasının problem yaratmayacağını bildirib, buna görə də azarkeşlərin bu vəziyyətlə bağlı narahatlığına heç bir əsas yoxdur.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.

Mütəxəssis məsələyə bu cür münasibət bildirib: "Azarkeşlərin bu barədə narahat olmasına dəyməz, çünki mən burda olmaq istəyirəm, olduqca xoşbəxtəm və birlikdə çalışdığım insanlarla işləmək imkanına görə çox minnətdaram. İmkan tapan kimi bu məsələni həll edəcəyik. Budur hər şey. Müqavilənin müddətinin problem olmayacağına hamı əmindir, çünki mən, sözsüz ki, burada qalmaq istəyirəm və burada çox xoşbəxtəm. Klubun da mənimlə eyni hissləri paylaşdığını hiss edirəm. Məhz buna görə də hər kəs çox təbii davranır".

Xatırladaq ki, Arteta "topçular"a 2019-cu ilin dekabrında başçılıq edib. Bu müddət ərzində komanda 352 matç keçirib (217 qələbə, 60 heç-heçə, 75 məğlubiyyət), İngiltərə çempionu olub (2025/26), iki dəfə İngiltərə Superkubokunu (2020/21, 2023/24) və bir dəfə İngiltərə Kubokunu (2019/20) başı üzərinə qaldırıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest