15 Avqust 2026, 13:15
FUTBOL
"Kristal Pelas" Belçikanın "Yunion" klubundan israilli vinqer Anan Halailinin transferini elan edib.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 21 yaşlı oyunçunun transfer məbləği 21 milyon funt-sterlinq təşkil edib. Halaili İngiltərə klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
Halaili peşəkar karyerasına Hayfa "Makkabi"sində başlayıb və burada 52 oyuna çıxaraq 15 qol vurub. O, komanda ilə birlikdə 2023-cü ildə İsrail Superkubokunun qalibi olub.
2024-cü ilin yayında futbolçu "Yunion"a keçib. Belçika klubunun heyətində Halaili ölkə çempionu və kubokun sahibi olub, həmçinin Çempionlar Liqasında 3 qol vurub. Oyunçunun aktivində İsrail millisinin heyətində 16 matç var.













