17 Avqust 2026, 11:25
FUTBOL
Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdu. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
Premyer Liqanın I turu Ruan Renato üçün əlamətdar olub. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi “Zirə”nin heyətində 100-cü çempionat oyununa çıxıb. 2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu görüşlərdə 13 qola imza atıb.
Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdu. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
1. Flavinyo (“Neftçi”) - 133
2. Dodo (“Qəbələ”) – 131
3. Denis Silva (“Neftçi”) – 116
4. Denis Silva (“Şamaxı”) – 113
5. Ruan Renato (“Zirə”) – 100
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.













