Almaniya millisinin hücumçusu Nik Voltemade cari "transfer pəncərəsi" bağlanana qədər "Nyukasl"ı tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" idman portalı məlumat yayıb.

Bildirilir ki, oyunçu özü də Bundesliqaya qayıtmaq istədiyini bildirib. Onunla Almaniyanın iki klubu – "Borussiya" (Dortmund) və "Leypsiq" maraqlanır. Sonuncu klub hücum xəttini gücləndirmək üçün namizədlər arasında Kristofer Nkunku və Ceydon Sançonun da variantlarına baxır.

Voltemade 2025-ci ilin yayında "Ştutqart"dan "Nyukasl"a 75 milyon avro qarşılığında keçib. Ötən mövsüm o, bütün turnirlərdə meydana çıxdığı 51 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı hücumçunun müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir və onun transfer dəyəri 55 milyon avro qiymətləndirilir. Voltemade Almaniya millisinin heyətində keçirdiyi 12 oyunda 4 qol vurmağa müvəffəq olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest