"Çelsi"nin ingiltərəli hücumameyilli yarımmüdafiəçisi Omari Kelliman karyerasını "Strasburq"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. Bu, tamhüquqlu transferdir və keçidin məbləği 6 milyon avro təşkil edib.
Kelliman 2024-cü ilin yayında "Çelsi"yə qoşulub, buna qədər isə "Derbi" və "Aston Villa" akademiyalarında məşq edib.
20 yaşlı futbolçu 2025/26 mövsümünü icarə əsasında İngiltərənin üçüncü divizionunda çıxış edən "Kardiff"də keçirib. O, orada bütün turnirlərdə meydana çıxdığı 42 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalan çıxış edib.
Qeyd edək ki, "Çelsi" və "Strasburq" eyni sahiblərə məxsusdur.









_1787655193.jpg)



