"Real"ın hücumçusu Endrik İspaniya klubu rəhbərliyinin bu sövdələşməni təsdiqləyəcəyi təqdirdə mövsümü icarə əsasında "Milan"da davam etdirmək variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı braziliyalı futbolçu müntəzəm olaraq meydana çıxmaq üçün İtaliya komandasına keçməyə çalışır. Endrikin "Milan"a mümkün transferi ilə bağlı danışıqlar hələ avqust ayında aparılsa da, həmin vaxt keçid baş tutmayıb. Sövdələşməni isə "Real"ın yeni baş məşqçisi Joze Mourinyo bloklayıb.
Endrik 2024-cü ilin iyulundan Madrid klubunun şərəfini qoruyur, onun müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.
Ötən mövsümdə futbolçu icarə əsasında Fransanın "Lion" klubunda çıxış edib. O, Fransa çempionatında keçirdiyi 19 matçda o, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.













