05 Noyabr 2026, 01:02
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda İngiltərənin "Liverpul" klubu səfərdə Türkiyə təmsilçisi "Fənərbaxça" ilə qarşılaşub. Matc.az xəbər verir ki, İstanbulda keçirilən dramatik oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ardından "Liverpul"un baş məşqçisi Andoni İraola mətbuat konfransında məğlubiyyətin səbəblərini təhlil edib. O, komandasının buraxdığı qollardan və matçın gedişatından məyus olduğunu bildirib:
"Bu gün məğlub olmağımızın əsas səbəbi standart vəziyyətlərdən üç qol buraxmağımızdır. Halbuki, bu axşama qədər Premyer Liqadakı oyunlarımızda bu məqamların öhdəsindən çox uğurla gəlirdik. Standart vəziyyətlərin “Fənərbaxça”nın ən təhlükəli silahlarından biri olduğunu yaxşı bilirdik. Sonda isə cərimə zərbəsindən, künc zərbəsindən və hətta oyunun sonuna yaxın yan xətdən topun oyuna daxil edilməsi zamanı qol buraxdıq".
Mütəxəssis qeyd edib ki, iki dəfə hesabda irəli olmalarına və matçın tempinə nəzarət etmələrinə baxmayaraq, buraxılan asan qollar qələbəni əldən vermələrinə səbəb olub:
"Böyük məyusluq hissi keçirirəm, çünki bu stadionda oynamaq istənilən rəqib üçün çətin sınaqdır. Oyunun böyük hissəsində qələbə qazana biləcəyimizə əmin idik, lakin bu baş vermədi. Xüsusilə birinci və üçüncü qollar çox məyusedici idi: cərimə zərbəsi zamanı canlı səddi düzgün qurmamışdıq, həlledici qolda isə Vedat Muriqi üç müdafiəçimizdən daha yüksəyə tullanaraq topa çata bildi. Belə məqamlarda sadəcə daha yaxşı oynamalıyıq."













