O, “Uberlandiya” oyunçularına qarşı təxribat xarakterli jestlər edib və rəqiblərini təhqir edib. Bu, kütləvi davaya səbəb olub.

Braziliyada Minas-Jerays ştatının U-20 çempionatının (ikinci divizion) yarımfinal oyunu qalmaqalla başa çatıb. Matc.az xəbər verir ki, “Uberlandiya” və “Mamore” arasında keçirilən görüşdə 53 qırmızı vərəqə göstərilib. “CNN Brasil” nəşrinin yazdığına görə, bu, futbol tarixində yeni dünya rekorddur.

Qarşıdurma 54-cü dəqiqədə “Mamore”nin futbolçusu Davinin qol vurmasından sonra başlayıb. O, “Uberlandiya” oyunçularına qarşı təxribat xarakterli jestlər edib və rəqiblərini təhqir edib. Bu, kütləvi davaya səbəb olub.

Hadisədən sonra hakim Fernando Patrik “Mamore”dən 21, “Uberlandiya”dan 22 futbolçunu meydandan qovub. Bundan əlavə, hər iki tərəfdən 8 məşqçiyə və 2 komanda rəsmisinə də qırmızı vərəqə göstərilib. Beləliklə, cəzalandırılanların ümumi sayı 53 nəfərə çatıb.

Hakim “Mamore”nin 3:1 hesabı ilə öndə olduğu oyunu dayandırıb. Rəsmi hesabatında qarşılaşmanın davam etdirilməsinin qeyri-mümkün olduğunu qeyd edib. Patrik həmçinin “Uberlandiya”nın komanda rəsmilərindən biri tərəfindən hədələndiyini bildirib və bununla bağlı polisə şikayət ərizəsi verib.

Bu oyun bir matçda göstərilən qırmızı vərəqələrin sayına görə dünya rekordunu yeniləyib. Əvvəlki rekord 2011-ci il fevralın 27-də Argentinanın beşinci divizionunda “Atletiko Klaypole” və “Viktoriano Arenas” komandaları arasındakı oyunda qeydə alınmışdı, o oyunda 36 qırmızı vərəqə göstərilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest