Səkkiz top fərqi ilə qələbə isə daha əvvəl iki dəfə qeydə alınıb və hər iki halda hesab 8:0 olub: 2007-ci ilin noyabrında “Liverpul” öz meydanında “Beşiktaş”ı, 2015-ci ilin dekabrında isə Madrid “Real”ı öz meydanında İsveçin “Malmö” komandasını bu hesabla məğlub etmişdi.

“Komo” Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda Fransada “Lans”ı 9:1 hesabı ilə darmadağın etdi. Matc.az xəbər verir ki, Çempionlar Liqasında debüt edən İtaliya təmsilçisi turnirin müasir tarixində (1992-ci ildən bəri) ən böyük hesablı səfər qələbəsinə imza atdı.

Bundan əvvəl səfər oyunlarında üç komanda 7:0 hesabı ilə qalib gəlmişdi: 2010-cu ilin noyabrında Fransanın “Marsel”i Slovakiyanın “Jilina”sını, 2014-cü ilin oktyabrında Ukraynanın “Şaxtyor Donetsk”i Belarusun BATE, 2017-ci ilin oktyabrında İngiltərənin “Liverpul”u Sloveniyanın “Maribor”unu məğlub etmişdi.

Səkkiz top fərqi ilə qələbə isə daha əvvəl iki dəfə qeydə alınıb və hər iki halda hesab 8:0 olub: 2007-ci ilin noyabrında “Liverpul” öz meydanında “Beşiktaş”ı, 2015-ci ilin dekabrında isə Madrid “Real”ı öz meydanında İsveçin “Malmö” komandasını bu hesabla məğlub etmişdi.

Bundan əlavə, 1971-ci ilin sentyabrından, yəni Niderlandın “Feyenoord” klubunun Yunanıstanın “Olimpiakos”unu 9:0 hesabı ilə məğlub etdiyi vaxtdan bəri Avropanın əsas klub turnirində (əvvəllər Avropa Kuboku adlanırdı) heç bir qonaq komanda bir oyunda doqquz qol vurmamışdı. Turnir tarixində ən böyük hesablı qələbə isə 1973-cü ilin oktyabrında qeydə alınıb: həmin vaxt Buxarest “Dinamo”su öz meydanında Şimali İrlandiyanın “Krusaders” komandasını 11:0 hesabı ilə məğlub edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest