"Yuventus"un yarımmüdafiəçisi Blez Matuidi Fransaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu sabiq komandası PSJ-nin diqqət mərkəzindədi.

Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran Paris təmsilçisi Fransa millisinin üzvü ilə problemi yoluna qoyacağını düşünür. Bu üzdən PSJ rəhbərliyi qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Blez Matuidi 2011-2017-ci illərdə PSJ-də çıxış edib və "Yuventus"a iki il əvvəl məhz paytaxt klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest