Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.
Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub. Matc.az xəbər verir ki, tay-brekdə müvafiq olaraq Vüqar Əsədli və Əhməd Əhmədzadəni məğlub edən Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəliblər.
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında 1/8 final mərhələsi start götürüb. Matc.az xəbər verir ki, yarışda ilk oyunlar geridə qalıb. Milli üzvləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov raunda qələbə ilə başlayıblar. Şəhriyarın bacılarından isə Zeynəb Məmmədyarova qələbə qazanıb, Türkan Məmmədyarova isə məğlub olub.
Mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Həşimovun atası bu gün xəstəxanada dünyasını dəyişib.
18 yaşlı hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat üzrə dünya çempionu olub. Matc.az xəbər verir ki, o, şahmat tacı uğrunda mübarizədə 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.