Millimizin hücumçusu Tunis klubuna keçdi
Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası müəyyənləşib. 30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək. Belə ki, o, "Kartaj" klubu ilə anlaşıb. Müqaviləyə əsasən yığmamızın üzvü 2019-20 mövsümünü "Kartaj"ın heyətində keçirəcək.
















