"Qəbələ" 16-cı dəfə "Zirə"ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran komanda 10 top buraxıb.
"Çox hərəkətli, dinamik oyun oldu. Çoxlu qol epizodları var idi". Matc.az saytı xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXVIII turunda "Neftçi" ilə bərabərə qaldıqları (1:1) oyunla bağlı danışarkən deyib.
"Komandamın pis oynadığını düşünmürəm. Fasilə dönəmində millinin oyunçuları bizimlə deyildilər. Eyni zamanda, iki mərkəz yarımmüdafiəçimiz Eddi İsrafilov və Ataa Caber də komandadan ayrıdırlar".
"Uzun yol qət edərək oyunumuza baxmağa gələn azarkeşlərimizi təbrik edirəm". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz"la keçirilən oyun barədə danışarkən deyib.
Misli Premyer Liqasında 28-ci turun oyunlarını idarə edəcək hakimlər bəlli olub. Matc.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqası 4-cü dövrənin ilk turunda iş başında olacaq referiləri açıqlayıb.
Premyer Liqanın XXVII turu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "qırmızı-qaralar"ı 100-cü çempionat matçına çıxarıb. Bu, "Şamaxı" ilə ev görüşünə təsadüf edib
"Neftçi"nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, "Kəpəz"lə ev matçında (2:2) sonradan meydana çıxıb.
"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının XXVII turunun "Sumqayıt"la oyununda 2 qola imza atıb. Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.