İspaniya "Real"ı ardıcıl 4-cü səfər məğlubiyyətini alıb. Matç.az saytı xəbər verir ki, Madrid təmsilçisi "Barselona"ya 1:5 hesablı məğlubiyyətə qədər "Sevilya"ya 0:3, MOİK və "Alaves"ə eyni – 0:1 hesabı ilə uduzmuşdu.

"Kral klubu" sonuncu dəfə belə halla 2002-ci ilin fevralında üzləşib. Həmin vaxt komandanı Visente del Boske çalışdırırdı.

Bu matçda 3 qol vuran Luis Suares son 4 ildə "El-Klasiko"da het-trik edən ilk futbolçu olub. Sonuncu dəfə 2014-cü ilin martında belə hadisə yaşanmışdı. Həmin vaxt Lionel Messi fərqlənmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest