12 Noyabr 2026, 08:50
TOP OYUNLARI
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb.
Gərgin keçən görüş “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında Bakıda keçirilən ilk oyunda da eyni hesab qeydə alınmışdı. Həmin qarşılaşmada “Sportinq” 3:2 hesabı ilə qalib gəldiyindən mərhələnin taleyini müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac yaranıb.
Həlledici setdə daha inamlı çıxış edən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək, III təsnifat mərhələsinə yüksəlib.













