"Futbolçu müalicəsini ən yaxşı şəraitdə davam etdirmək üçün ehtiyat tədbiri olaraq Belçikada qalacaq. Tibbi heyət onun bazar günü İtaliyaya qarşı keçiriləcək matça hazır olması üçün əlindən gələni edir"

Belçika yığmasının hücumçusu Romelu Lukaku UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Türkiyəyə qarşı səfər oyununda iştirak edə bilməyəcək. Matc.az xəbər verir ki, buna səbəb 33 yaşlı forvardın bud nahiyəsindən aldığı yüngül əzələ zədəsidi.
 
Məşqçilər korpusu və tibbi heyət futbolçunun sağlamlığını riskə atmamaq üçün onu Türkiyəyə aparmamaq qərarına gəlib. Lukaku müalicəsini davam etdirmək və növbəti oyuna hazırlaşmaq üçün Belçikada qalıb: 
 
“Romelu Lukaku Türkiyəyə qarşı oynamayacaq. Onun bud nahiyəsində yüngül zədə var. Futbolçu müalicəsini ən yaxşı şəraitdə davam etdirmək üçün ehtiyat tədbiri olaraq Belçikada qalacaq. Tibbi heyət onun bazar günü İtaliyaya qarşı keçiriləcək matça hazır olması üçün əlindən gələni edir”.
 
Qeyd edək ki, Türkiyə – Belçika qarşılaşması bu gün keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest