2020-ci ildə təşkil ediləcək dünya çempionatına Litva evsahibliyi edəcək. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bu, sayca 9-cu mundial olacaq.

İndiyə qədər dünya çempionatı Avropada iki dəfə təşkil edilib. İki ildən sonrakı mundial sayca üçüncü olacaq.

Kuboku ən çox Braziliya qazanıb. Onlar 5 dəfə ən güclü olublar. İspaniya 2 dəfə bu uğura imza atıb. Son dünya çempionu Argentina olub.

2016: Argentina 5-4 Rusiya (Kolumbiya)
2012: Braziliya 3-2 İspaniya (Tayland)
2008: Brazililiya 2-2, (pen.4-3) İspaniya (Braziliya)
2004: İspaniya 2-1 İtaliya (çin Tibeti)
2000: İspaniya 4-3 Braziliya (Quatemala)
1996: Braziliya 6-4 İspaniya (İspaniya)
1992: Braziliya 4-1 ABŞ (Honq Konq)
1989: Braziliya 2-1 Hollandiya (Hollandiya)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest