29 Oktyabr 2018, 15:00
MPL
Topaz Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb. Matç.az saytı xəbər verir ki, IX turun 4 görüşündə qapılara 14 top vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. II turda da eyni sayda – 14 qol qeydə alınmışdı.
Qeyd edək ki, IX turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. "Sabah" "Zirə"ni, "Səbail" "Keşlə"ni eyni – 2:1, "Neftçi" isə "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edibsə, "Sumqayıt" – "Qəbələ" görüşündə tərəflər hərəyə 2 dəfə fərqlənib.