"İnter Mayami"nin həmtəsisçisi və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri vəzifəsini tuta bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, beynəlxalq təşkilatlar - UEFA, KONKAKAF, həmçinin Almaniya Futbol İttifaqı (DFB) dünya futbolunun hazırkı rəhbəri Canni İnfantinonun istefasına nail olmaq üçün ittifaq yaratmağı planlaşdırırlar.

51 yaşlı Bekhemin koalisiya tərəfindən Infantinonun xələfi qismində nəzərdən keçirilən əsas namizədlərdən biri olduğu vurğulanır. Funksionerlər hesab edirlər ki, ingiltərəli sabiq futbolçunun dünyadakı tanınma dərəcəsi, nüfuzu və ABŞ-da futbol layihələrinin inkişafındakı uğurlu təcrübəsi qlobal futbol birliyini birləşdirməyə kömək edəcək.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından bəri FİFA-ya rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest