Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli rəsmən açıqlanıb. Üç günü əhatə edəcək bu mərhələnin dörd qarşılaşması "CBC Sport" telekanalı vasitəsilə, digər oyunlar isə Peşəkar Futbol Liqasının "AzPFL" yutub kanalında canlı yayımlanacaq.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, bəzi qarşılaşmaların məkanı standartlara görə dəyişdirilib. Belə ki, "Şimal" – "Araz-Naxçıvan", "Kür-Araz" – "Sumqayıt", "Hypers" – "Şamaxı" oyunları ev sahiblərinin stadionlarının yararsız olması səbəbindən rəqib komandaların arenalarında keçiriləcək. Həmçinin "Səbail" klubu alternativ meydança olaraq "Bank Respublika Arena"nı təqdim edib və 1-ci Liqadakı ev oyunlarını da burada keçirəcək.
II təsnifat mərhələsinin tam təqvimi aşağıdakı kimidir:
27 oktyabr
14:00. "Şimal" – "Araz-Naxçıvan" (Şamaxı şəhər stadionu / CBC Sport)
14:00. "Marafon" – "Zaqatala" ("Marafon Arena")
17:00. "Kür-Araz" – "Sumqayıt" ("SOCAR Polymer Arena")
17:00. "Qəbələ" – "Mingəçevir" (Qəbələ şəhər stadionu)
18:00. "Səbail" – "Zirə" ("Bank Respublika Arena" / CBC Sport)
28 oktyabr
14:00. "İmişli" – "Qaradağ Lökbatan" (Yevlax şəhər stadionu / CBC Sport)
14:00. MOİK – "Şahdağ Qusar" (Binə qəsəbə stadionu)
14:00. "Hypers" – "Şamaxı" (Şamaxı şəhər stadionu)
16:00. "Şəfa" – "Ağstafa Gəncləri" ("SOCAR Polymer Arena")
19:00. "Kəpəz" – "Baku Sportinq" (Gəncə şəhər stadionu / CBC Sport)
29 oktyabr
14:00. "Xankəndi" – "Gəncəbasar" (Şamaxı OİK stadionu)
14:00. "Zəngəzur" – "Karvan Yevlax" (Binə qəsəbə stadionu)













