29 Oktyabr 2018, 17:01
MPL
Topaz Premyer Liqasının IX turunun "Neftçi" ilə qarşılaşması "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub. Matç.az saytı xəbər verir ki, hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.
Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurbanov ilk oyununu "Neftçi"də keçirib. O, paytaxt təmsilçisini 28, "Qarabağ"ı 322 çempionat matçına çıxarıb.