Bundan başqa, hakimin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılıb.

Bu AFFA İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, iclasda Topaz Premyer Liqasının IX turunun "Sumqayıt" – "Qəbələ" matçında baş verənlərə hüquqi qiymət verilib.

Hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat məbləğində cərimə olunublar. Oyunun 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan qonaqların hücumçusu Rauf Əliyev 1 oyunluq diskvalifikasiyaya, klubu isə 200 manatlıq cəriməyə məruz qalıb.

Həmçinin eyni dəqiqədə "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadəyə qırmızı vərəqə göstərən baş hakim Orxan Məmmədovun səhvi rəsmən təsdiqlənib. İK həmin "qırmızı"nı ləğv edib.

Bundan başqa, hakimin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest