Topaz Premyer Liqasının X turunun təyinatları müəyyənləşib. Matç.az saytının məlumatına görə, turun yalnız 1 görüşü bölgədə keçiriləcək.
"Qəbələ"nin doğma arenasında "Sabah"la oyununu Rəvan Həmzəzadə idarə edəcək. çempionatın autsayderi "Zirə"nin "Səbail"lə görüşünə isə FİFA referisi Rəhim Həsənov təyin olunub.
Topaz Premyer Liqası
X tur
3 noyabr (şənbə)
17:00. "Keşlə" – "Neftçi"
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena"
19:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
"Azərsun Arena"
4 noyabr (bazar)
17:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu
19:00. "Zirə" – "Səbail"
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena"