Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Baş tutan qarşılaşmalardan sonra pley-off mərhələsinin 21 cütlüyü müəyyənləşib. Onlardan 8-i Çempionlar yolu, 13-ü Əsas yolda mübarizə aparacaq.
Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, baş tutan qarşılaşmalardan sonra pley-off mərhələsinin 21 cütlüyü müəyyənləşib.
Onlardan 8-i çempionlar yolu, 13-ü Əsas yolda mübarizə aparacaq. İsrail təmsilçisi "Bney Yehuda"ya iki oyunun nəticəsinə görə məğlub olan (2:2, 1:2) "Neftçi" avrokuboklarla vidalaşıb.
Artıq ölkəmizi yalnız "Qarabağ" təmsil edir. çempionlar Liqasını tərk edən Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya "Linfild"i ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-a keçiriləcək
Avropa Liqası
Pley-off mərhələsi
çempionlar yolu
"Suduva" (Litva) - "Ferensvaroş" (Macarstan)
"Kopenhagen" (Danimarka) - "Riqa" (Latviya)
"Seltik" (Şotlandiya) - AIK (İsveç)
"Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
"Ludoqorets" (Bolqarıstan) – "Maribor" (Sloveniya)
"Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya) - PAOK (Yunanıstan)
"Astana" (Qazaxıstan) - BATE (Belarus)
Əsas yol
"Torino" (İtaliya) - "Vulverhempton" (İngiltərə)
"Legiya" (Polşa) - "Reyncers" (Şotlandiya)
"Styaua" (Rumıniya) - "Vitoriya" (Portuqaliya)
PSV (Hollandiya) - "Apollon" (Kipr)
AEK (Yunanıstan) - "Trabzonspor" (Türkiyə)
"Feyenoord" (Hollandiya) - "Hapoel" (Beer-Şeva, İsrail)
"Gent" (Belçika) – "Riyeka" (Xorvatiya)
"Espanyol" (İspaniya) - Zarya" (Ukrayna)
"Partizan" (Serbiya) - "Mölde" (Norveç)
"Braqa" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya)
"Malmö" (İsveç) - "Bney Yehuda" (İsrail)
"Strasburq" (Fransa) - "Ayntraxt" (Almaniya)
"Alkmaar" (Hollandiya) - "Antverpen" (Belçika)