Topaz Premyer Liqasının VII turundan təxirə salınan "Keşlə" – "Qarabağ" oyunu qonaqların futbolçusu Qara Qarayev üçün əlamətdar olub. Matç.az saytı xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu kimi yadda qalıb.

Yarışda 2008/09 mövsümündə debüt edən Qara özünün 11-ci çempionatında 200-cü fəth edib. O, Azərbaycan çempionatları tarixində 200 və daha çox matça çıxan 128-ci futbolçudu.

Lakin Qarayev bütün oyunlarını yalnız bir komandada keçirib. Karyerası boyu "Qarabağ"a sadiq olan futbolçu Premyer Liqada keçirdiyi bütün matçları bu klubun formasında keçirib.

Azərbaycan çempionatlarının 26 illik tarixində Qaraya qədər yalnız 6 futbolçu Premyer Liqada yalnız bir klubda çıxış edib və həmin komandada 200 ya daha çox oyun keçirib. Yarımmüdafiəçi bu siyahıya 7-ci oyunçu kimi daxil olub.

Bu futbolçulardan 5-i "Qarabağ"ın üzvləridi. Maraqlıdı ki, Premyer Liqada yalnız bir klubda oynamaqıa "200"ü keçənlərdən ikisi legionerdi. Ansi Aqolli və Usim Nduka Azərbaycandan kənarda başqa klubda oynasa da, Premyer Liqada yalnız bir komandada çıxış edib.

Digər 5 oyunçu isə yerli futbolçulardı. Onlar arasında mütləq rekordçu Qaranın komanda yoldaşı Maksim Medvedevdi. Onun hesabında 267 oyun var.

Qeyd edək ki, Qara Premyer Liqada keçirdiyi 200 matçda 2 qol vurub.

Azərbaycan çempionatlarında yalnız bir klubda çıxış edərək 200 və daha artıq oyun keçirənlər

1. Maksim Medvedev (Qarabağ) - 267

2. Səttar Əliyev (Qarabağ) – 230

3. Yaşar Hüseynov (Qarabağ) – 226

4. Müşfiq Vəliyev (Viləş) – 221

5. Ansi Aqolli (Qarabağ) – 218

6. Usim Nduka (Şüvəlan) – 208

7. Qara Qarayev (Qarabağ) – 200

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest