Buna səbəb kimi əsas komandanın ev oyunlarının keçirdiyi "Azersun Arena"nın işıqlandırma sistemində nasazlıqlar yarandığı və təmirə ehtiyac duyulduğu göstərilib.

"Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Matç.az qurumun saytına istinadən xəbər verir ki, müraciətdə "Qarabağ" və "Qarabağ-2" komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.

Buna səbəb kimi əsas komandanın ev oyunlarının keçirdiyi "Azersun Arena"nın işıqlandırma sistemində nasazlıqlar yarandığı və təmirə ehtiyac duyulduğu göstərilib.

Mövcud vəziyyəti araşdıran PFL Topaz Premyer Liqasının X turunun "Qarabağ" – "Sumqayıt" görüşünün Tofiq Bəhramov adına Respublika stadionunda, I divizionun IX turunun "Qarabağ-2" – MOİK qarşılaşmasının "Azərsun Arena" oynanılmasına qərar verib. "Qarabağ-2" – MOİK görüşü noyabrın 2-də (15:00), "Qarabağ" – "Sumqayıt" matçı isə ertəsi gün (19:00) oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest