Premyer Liqanın ilk turunun "Səbail"lə səfər oyunu (0:1) 5 futbolçunun "Zirə"də debütü ilə əlamətdar olub. Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunlar yerli oyunçular Elvin Camalovla Cavid Hüseynov, həmçinin legionerlər Boyan Zoqoviç, Anastasios Papazoqlu və sonradan meydana daxil olan Soni Nordedi.

Bu "beşlik" ilk dəfə bakılıların heyətində rəsmi matça çıxıb. "ASCO Arena"dakı görüşədək 72 futbolçu Premyer Liqada "Zirə" forması geyinmişdisə, debütantlar bu rəqəmi 77-yə çatdırıblar.

Cavidlə Elvinin ilk oyuna çıxması ilə yerli futbolçuların sayı 39-a yüksəlibsə, legionerlər 38-ə qədər artıb. Boyan İqor İvanoviçdən sonra ikinci monteneqrolu, Soni isə Kerven Belfordan sonra ikinci haitili olub. Anastasios də "Zirə"nin tarixində ilk yunanıstanlıdı. Ellada təmsilçisi zirəlilərin heyətində legioneri çıxış edən 26-cı ölkədi. Bunadək 25 ölkə futbolçuları klubda legioner kimi çıxış edib: Fransa - 4, Nigeriya, Serbiya - hər ikisi 3, Braziliya, Haiti, Monteneqro, Paraqvay, Rumıniya – hamısı 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan – hamısı 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest