07 İyun 2025, 01:12
TOP OYUNLARI
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti oynunu keçirib.
Matc.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsi ilə qarşılaşıb.
Görüş rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:12, 25:20).
Qeyd edək ki, Qızıl Avropa Liqasının II turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.