06 İyun 2025, 10:58
FUTBOL
"Mançester Siti" heyətinə yeni müdafiəçi cəlb edəcək.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Vulverhempton"da çıxış edən Rayan Ait-Nurinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" əlcəzairli sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək. 24 yaşllı futbolçu həftə sonu "şəhərlilər" üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Rayan Ait-Nuri başa çatan mövsümdə "Vulverhempton"un heyətində keçirdiyi 41 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib.