06 İyun 2025, 11:16
FUTBOL
Daavid Hançko
"Feyenord"un kapitanı David Hançko Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Nəsr" slovakiyalı mərkəz müdafiəçisinin transferini yekunlaşdırmaq üzrədir. Ərəblər 27 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
"Əl-Nəsr" "Feyenord"a 32+4 milyon avrə təklif edib. Niderland klubunun bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, David Hançko başa çatan mövsümdə "Feyenord"un heyətində keçirdiyi 47 oyunda 4 qol vurub, 4 qol ötürməsi edib.