"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən "Sabah"la oyunda sarı vərəqə ilə cəzalanıb. Matc.az xəbər verir ki, o, qarşılaşmanın baş hakimi Rövşən Rəcəbova etiraz edib.
 
Referi öncə meydan sahiblərinin çalışdırıcısına xəbərdarlıq edib. Amma Abasovun etirazı davam etdiyi üçün, 52-ci dəqiqədə ona sarı vərəqə göstərib.
 
Qeyd edək ki, qarşılaşma hazırda "Sabah"ın 1:0 hesablı üstünlüyü ilə davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest