"Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı, ancaq topa nəzarət etməyə çalışdıq". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Hannes Haldorsson "Sumqayıt"a qalib gəldikləri (2:0) Topaz Premyer Liqasının X tur oyunundan sonra deyib.

Matç barədə fikirlərini açıqlayan islandiyalı jurnalistlərin suallarını da cavablandırıb: "Diqqətimiz oyundan yayınmadı. İki yaxşı qol vurduq. Rəqib qapıçı da bu gün yüksək səviyyədə çıxış etdi. Yaxşı qurtarışlar etdi".

- Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiz, ardınca "Qarabağ"a transfer olduz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşdüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiz?

- Yenidən seçim imkanım olsaydı, yenə "Qarabağ"a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və bu gün start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm.

- Qarşıdan "Vorskla" ilə oyun gəlir...

- Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Buna fokuslanmışıq. Səfərdə 3 xal qazana biləcək gücdəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest