"Son zamanlar zədələr mənə imkan vermir. Bu gün az da olsa oynadığım üçün sevinirəm". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra deyib.

Görüş barədə fikirlərini açıqlayan ispaniyalı jurnalistlərin suallarını da cavablandırıb: "ümid edirəm ki, bundan sonra müntəzəm olaraq oynayacağam və komandaya kömək edəcəyəm".

- Aydın məsələdir ki, zədədən sonra optimal formada deyilsiniz, sizə tam formanızı bərpa etmək üçün nə qədər müddət lazımdır?

- ümumiyyətlə komanda ilə məşqlərdə iştirak edirəm. Amma məşqlərdəki ritm ilə oyundakı  ritm eyni deyil. Ona görə də əvvəlki formamı bərpa etmək üçün oyunlarda iştirak etməliyəm.

- Avroliqada komandanız 3 oyundan sonra xalsız qalıb. Bu da yəqin sizə təsir edir. Sizcə Ukraynada bu sindiromu qıra biləcəksiniz, yoxsa düşünürsünüz ki, sizin üçün artıq qatar gedib?

- Yox, biz elə düşünmürük. Biz hər oyundan-oyuna vəziyyətə baxırıq. Düzdür, hazırda qrupdan çıxmaq öz əlimizdə olmasa da, riyazi olaraq şanslarımız var. Avroliqa elə səviyyədi ki, burada 1 oyunçunun belə hazır olmaması ümumi ansamblı pozur. Bunu tək ilk "11-lik"də olan oyunçular üçün yox, ümumi heyət üçün deyirəm.

- "Qarabağ" 5 ardıcıl oyun idi ki, qələbə qazana bilmirdi. Kənardan baxanda komandada hansı problemləri görürdünüz?

- Əvvəlcə onu deyim ki, siz 5 oyun qeyd etdiniz, amma biz "Səbail" ilə oyunda qələbə qazanmışdıq, sonradan texniki məğlubiyyət verildi. Bu artıq başqa söhbətin mövzusudu. Hazırda yaşadığımız vəziyyət "Qarabağ" üçün yeni birşeydi. Vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu hamılıqla eyni istiqamətdə üzməyimizdi.

- "Neftçi" ilə aranızda 5 xallıq fərq var, bu sizi narahat etmir ki? Düşünürsünüzmü bu il çempion olmaq daha çətin olacaq?

- Əlbəttə ki, çempionluq yolunda rəqibimiz "Neftçi"dir. çətin olacağını düşünürəm, amma hər şey qarşıdadı. Düşünürəm ki, vəziyyəti həll etmək bizim öz əlimizdədi.

- Əgər "Vorskla" ilə oyunu Bakı Olimpiya stadionunda deyil, Tofiq Bəhramov stadionunda keçirsəydiniz nəticə fərqli ola bilərdimi?

- Sizinlə tam razıyam. Əgər Olimpiya stadionu yarıya qədər dolursa, bu stadion tam dolu olardı. Bizim burda çox yaxşı günlərimiz olub. Burda yaxşı nəticələr qazanmışıq. Amma bu bizdən asılı olmayan məsələdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest